n2006

n2006 özünü 😔 qəmli hiss edir. Sevgi 3-02-2022, 11:15

Nə istəyirsən?!

Nə istəyirsən?!
İntizar ayrılıq həsrət qəmiyəm
Ömürlük talanam nə istəyirsən
Dəryalar icində batan gəmiyəm
Cismimdə yalanam nə istəyirsən?!

Məhv olmuş arzular intiqam aldı
Həvəsin istəyin ayrılıq saldı
Bu könül sarayım virana qaldı
Bir itgin zamanam nə istəyirsən?!

Qələmdən qəm alan kağızlar ağlar
Fəryadı ucalar fəryadı çağlar
Sağalmaz köksümdə sən çəkən dağlar
Dünəndə qalanam nə isteyirsen?!

Tükənməz qüssəli kədərli sözüm
Təməlli həsrətdi bitməz bu dözüm
Lal oldu kədərim lal oldum özüm
İçimdə yananam nə istəyirsən?!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
560 529 498 518 536 503

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.