n2006

n2006 İslam Dini 3-02-2022, 11:30

Siqaret çəkməyin hökmü nədir?

Siqaret çəkməyin hökmü nədir?
Siqaret çəkmək barədə İslam alimlərinin münasibəti fərqlidir. Siqaretin sağlamlığa və ailə büdcəsinə ziyanlarını nəzərə alaraq, bütün alimlər bunu arzuolunmaz hal sayır. Alimlərin bir qismi siqaret çəkməyi haram saymır, icazəli bilirlər; bir şərtlə ki, onun konkret insan orqanizminə həyati təhlükə daşıdığı bilinməsin. Əgər həyati təhlükə daşıyırsa, istifadəsi haramdır. Alimlərin başqa bir qismi siqaret çəkən şəxsin bunu tərgitməsini vacib bilməsə də, siqaret çəkməyə "sıfırdan başlamağı" haram sayır. Başqa bir qism alimlər isə ümumiyyətlə siqaretdən istifadəni mütləq mənada haram bilir. Cəfəri məzhəbində təqlid edilən müctəhidlərin əksəriyyətinin məsələyə münasibəti birinci və qismən ikinci təbəqəyə aiddir. Əhli-sünnə məzhəbində alimlərin nəzərəçarpacaq bir qismi üçüncü fikri müdafiə edir və siqareti haram bilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
564 625 508 569 528 511

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.