n2006

n2006 özünü 😲 təəccüblənmiş hiss edir. Sağlamlıq 7-02-2022, 12:30

Əsəbləri sakit edən bitkiləri tanıyaq

Əsəbləri sakit edən bitkiləri tanıyaq
Stress, əsəb gərginlikləri müasir həyatın ayrılmaz bir hissəsinə çevrilmişdir.
Bəzən əsəblərimizi sakitləşdirmək üçün bir neçə sakitləşdirici dərmanların sorağına gedirik. Lakin maraqlısı budur ki, ətrafımızda olan ərzaqların içərisində əsəbləri sakit edən qidaların olduğunu bimirik. Gəlin bu ərzaqlarla tanış olaq.

1. Meyvələr.
Meyvələrdən banan, portağal, ananas, alma,üzüm, tut və s. vitaminlərlə zəngin meyvələrdir. Bu meyvələr triptofanı serotoninəçevirir. Serotonin insanı sakitləşdirən hormondur. Onagörə də nə zaman əsəbləriniz gərgin olsa, bu meyvələrdən yeməyə və ya şirəsini içməyə çalışın. İdmançıların bir çoxu ağır yarışlardan sonra banan yeyirlər. Bu meyvənin tərkibində kalium vardır. Bundan baqşa maqnezium, vitamin B6 da vardır. Tərkibində amin turşuları çoxdur. Bədəndə serotonin hormonunu istehsal edər. Bu hormon stressi azaldar və insana sağlam yuxu gətirər.

2. Şirin kartof.
Şirin kartofun tərkibində A, C, B vitaminləri və karbohidrat vardır. Şirin katrof sizin əsəb sisteminizi sakitləşdirər, stressi azaldar.

3. Kərəvüz.
Kərəfs sterss əleyhinə olan bir ərzaqdır. Əsəb gərginliyindən əziyyət çəkənlər üçün münasib qidadır. Həmçinin yüksək qan təzqiyini aşağı salar. Qan təzqiyi normada olarsa, insan özünü sakit hiss edər.

4. Tərəvəz şorbası.
Tərəvəz şorbası da əsəbləri sakitləşdirər. Bu şorba insanayardım edər ki, bədənində olan mikroblardan, iltihablardan xilas olsun. Bu şorbanın tərkibində pomidor, yaşıl bibər, kök, sarımsaq, kərəvüz və ispanaq vardır.

5. Qoz-fındıq.
Qoz, fındıq, püstə, badam, günəbaxan tumu, küncüt maqnezium, dəmir, B, E vitamini, selenium və sinklə zəngindir. Bu maddələr beyinə təsir edərək, onu rahatladar.

6. Mayaotu.
Mayaotu dərman bitkilərindəndir. Bu bitki insana yuxu gətirər və sakitləşdirər. Bu bikti sterssi azaltmaq və yuxunu nizama salmaq üçün ən təsirli dərmandır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
412 431 379 398 421 440

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.