aynure

aynure özünü 😲 təəccüblənmiş hiss edir. İslam Dini 7-02-2022, 17:00

İslam dini bürclər haqında nə deyir

İslam dini bürclər haqında nə deyir
İslamda bürclər [qadınlar üçün]

Qoç




Xoş üzlü,xoş dilli,qalın saçlı,ağır xasiyyətlidir.Düşməni vardır.Yalan danışmaq ona

düşməz.Nəzərə gələr.Qədəmi kişi üçün mübarəkdir.Əri ilə doğru davranmalıdır.Övladı çox

olar.Ata-Anasının sevimlisi olar.Təbiəti isti və qurudur.3 təhlükəsi

vardır.Lakin sədəqə ilə aradan gedər.Ağ libas geyməsi,əqiq üzük taxması məsləhətdir.Həyat

yoldaşını razı salmalı,naməhrəmdən uzaq gəzməlidir.Allahı yad etməyi unutmamalıdır.


Buğa


Qısa boylu,xoş dillidir.Övladı çox olar.Ona həsəd apararlar.Sirrini deməməlidir.Zərəri

dilindədir.3 təhlükəsi vardır.Arxasınca danışan çox olar.Təvəssül

etməklə muradına çatar.Dilini pis sözlərdən saxlamalıdır.Ərinin hörmətini daha çox

tutmalıdır ki,o da onu sevsin.


Əkizlər

Xoş qamətli,ərini sevəndir.Qarın ağrısından əziyyət çəkər.Xəstəliyi soyuqdan və quruluqdan

olar.Sünbül,cirə,qərənfil əzib ac qarına yeməkdə faydası var.Ona qarşı pis niyyətlilər

vardır.Namazı vaxtın əvvəlində yerinə yetirməli,qeyrəti tərk etməlidir ki,sevilsin.


Xərçəng

Xoş üzlüdür,övladı çox olar.Ərinin sevimlisi olar.Ülfətlə birlikdə yaşayarlar.Əri nəzərə

gələr.Bu qadının 2 böyük düşməni vardır.Allahı zikr etməli,sədəqə

verməli,əri ilə xoş davranmalıdır.Hacətini istəmək üçün cümə axşamı oruc tutmalı,cümə

günü səhər öz istədiyini diləməlidir.


Şir

Xoş təbiətli olar.Tez hirslənər.Qədəmi ərinə mübarəkdir.Ruzisi bol olar.Çoxlu düşməni

olar.Dua etməyi,sədəqə verməyi tək etməməlidir ki,xeyrini görsün.Haram ona uyğun

gəlməz.Öz övladını yalandan,and içməkdən,haramdan saxlamalıdır.Qan alsa

sağalar.Övladı az olar.Böyük təhlükəsi vardır ki,sədəqəylə qarşısını ala bilər.Bir bəlaya

düçar olar.Cümə gecəsi hacətləri üçün xeyirlidir.Təvəssül edərsə duası qəbul olunar.


Qız

Xoş üzlü,orta boyludur.Ruzisi boldur.Səbrli,iffətlidir.Həsəd aparanı vardır.Yalan və haram

ona uyğun gəlməz.Yaxşılığının əvəzində pislik görər.Dilini saxlamalıdır ki,böyük təhlükə

olar.Əgər qənaət etməsə,əri ilə münaqişə yaranar.4təhlükəsi

vardır,dua ilə aradan gedər.Oddan qorunmalıdır.Küsmüş olduğu qohumları ilə barışması

məsləhətdir.Qəmgin olanda Allahı zikr etməlidir.Müsibətdə səbr etsə Allah onu həll edər.


Tərəzi

Xoş dillidir.Tez qəzəblənib,tezdə peşman olar.Yalan və haram ona və ərinə uyğun

gəlməz.Əgər əsəbiliyinin qarşısını almasa zərər görər.Söhbət zamanı yumşaqlıq

göstərməlidir.2 böyük düşməni vardır.Özünü Allaha tapşırmalıdır.

3 təhlükəsi vardır ki,sədəqə verməklə aradan gedər.Yanlış etdikdə

ərindən üzr istəməyi bacarmalıdır.


Əqrəb

Xoş üzlü,xoş qədəmli,ruzili və rəhmdillidir.3 təhlükəsi vardır.Dua

və sədəqə ilə aradan gedər.O.öz vəzifəsini böyüklərdən soruşmalıdır.Ərinin müqabilində səbr

etməlidir.Övladlarından əziyyət çəksədə onları dinə vadar etməlidir.Şər insanlardan Allaha

pənah aparması məsəhətdir.Təvəssül ilə muradına çatar.Allahdan yardım istəsə xeyirini

görər.


Oxatan

Xoş üzlü,çalışqan və səbrlidir.Ana-Atasından bəhrələnər.Lakin qohumlarından az taleli

olar.Yaxşılıq edib pislik görər.Ona çoxlu həsəd aparan vardır.Allaha ibadətdə unutqanləq

etməməlidir.Ərinin ona məhəbbəti olar.Ona çox hörmət etməli,sirlərini açmamalıdır.Ata-

Anasını unutmamalıdır.


Oğlaq

Xoş üzlü,xoş dilli,igid,qeyrətli və dövlətlidir.Qohumlarından xeyir görməz.

3 təhlükəsi vardır.İnadkar təbiəti vardır.İstəklisi onu çox

sevər.Yalanan and içməkdən,qeybətdən qorunmalıdır.Əgər işlərini Bismillah ilə başlasa

yarıda qalmaz.Ağır xəstəliyi vardırki,sədəqə verməklə aradan gedər.Arzusuna

çatacaq.Böyük düşməni vardır.Çarəsi Allahı zikr etməkdir.Çətinlik zamanı bir neçə nəfər

təam verməlidir.


Dolça

Xoş təbiətli ərinin sevimlisi,əzizdir.Özünə əziyyət başqalarəna rahatlıq verəndir.Valideyni

onu çox sevər.Sirrini açmamalıdır.Ərinin zəhmətinə səbr etməlidir.Arzusuna çatacaq.

3 təhlükəsi vardır sədəqə ilə aradan gedər.Düşmənləri vardır.Dilini

qorumalıdr


Balıq

Xoşbəxt və əmanətdardır.Qohumlarından bəhrələnər.Uşaq ikən xəstə olar.

2 təhlükəsi vardır ki,dua ilə aradan gedər.Arxasınca danışanlar

çox olduğundan Allaha sığınmalıdır.Ərinə xidmət etməyi əsirgəməməlidir.Qorxularına qarşı

Allahdan yardım istəsin

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
664 708 647 646 652 631

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.