reklam
30 ən gözəl dua mesajları 30 ən gözəl dua mesajları https://sun.az/uploads/posts/2022-02/1644246697_xos-dualar-duali-mesajlar.jpg
DeliBirHatun

DeliBirHatun özünü 🙃 xoş hiss edir. İslam Dini 7-02-2022, 19:15

30 ən gözəl dua mesajları

30 ən gözəl dua mesajları
Təqdir sənindir, Ya Rəbb! Sən mümkünsüzü mümkün edənsən. Bizi dara düşərkən də şükür edənlərdən et.

Birinə verə biləcəyin ən yaxşı hədiyyə duadır.

Ya Rəbbimiz! Bizə dünyada və axirətdə yaxşı əməllər ver və bizi cəhənnəm əzabından qoru.

Ya Rəhman! Rəhmətində sərhəd tanımayan! Rəhmətini, mərhəmətini üzərimizdən əskik etmə!

Rəbbim... Əllərimdə heç nə yoxdur. Əllərimdə təkcə "yox" var. Mən yoxdan var etdiyin bu əllərlə əbədi lütfünə sığınıram.

Bu dünyanı ayə-ayə yaşat, ey Rəbbim, səcdə edək, dua edək, sənə ən yaxın yerdə ölək.

Ya Rəbbim, qəlbimə genişlik ver. İşimi asanlaşdır. Dilimi asan et ki, sözümü yaxşı başa düşsünlər.

Allahım! Zəlil olmaqdan və zillətə uğramaqdan sənə sığınırıq.

Rəbbimiz! Günahlarımızdan təmizlənməyimiz üçün səbəblər ver bizə. Gözlərimizi örtən pərdələri götür, nurunla doldur gözlərimizi.

Ya Rəbb, məni məndən al, amma məni səndən uzaq etmə.
Ey gecənin sahibi! Necə ki, qüdrətinlə gecəni gündüzlə örtürsən, bizim səhvimizi, günahımızı rəhmətinlə ört.

Son nəfəsimizdə Rəbbim bizi "La İlaha İllallah, Məhəmməddən Rəsulullah" deməyə nəsib etsin.

Elə bir dua et ki, günahın tövbənin əzəmətindən ağlasın. Yaradana sığın ki, nəfsin səni yox, sən nəfsini yandırasan.

Rəhmanın rəhməti üzüntüdə gizlənib. Eynilə acı dərmandakı xeyir kimi.

Allahım, bizə Rəcəb və Şabanı mübarək qıl və Ramazana çatdır.

Allaha dərdim var demə, dərdlərinə Allahım var de.

Səbəb səndəndir, Ya Rəbb, ədəb bizlərdən. Etmə bizi ədəbsizlərdən.

Allahım! Bu dünyaya necə məsum və günahsız gəlmişiksə, bizi hüzuruna da günahsız və məsum göndər.

Rəbbim! Dualarımın qəbul olunmasına mane olan bütün günahlarımı bağışla.

Sənin həqiqətin, mənim həqiqətim deyə bir şey yoxdur. İnsanın doğru bildiyi səhvlər var və insan buna görə səhv edir. Ən doğrusunu bilən Allahdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
338 416 364 380 357 334

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.