DeliBirHatun

DeliBirHatun özünü 😲 təəccüblənmiş hiss edir. Xəbərlər 8-02-2022, 00:10

Gürcüstanın keçmiş ədliyyə naziri Kiyevdə döyülüb

Gürcüstanın keçmiş ədliyyə naziri Kiyevdə döyülüb
Gürcüstanın keçmiş baş prokuroru və ədliyyə naziri (2004-2012), hazırda Ukrayna Baş prokurorunun müşaviri Zurab Adeişvili Kiyevdə hücuma məruz qalıb.

LoaDinG.Az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

Bildirilib ki, Z.Adeişviliyə yaxınlaşan naməlum şəxslər onu döyüblər. İnsidentin sabiq nazirin Gürcüstandakı fəaliyyəti ilə bağlı olduğu qeyd edilib.

Müşavir xəstəxanada həkimlərin nəzarəti altındadır, vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Kiyev polisindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Z.Adeişvili ötən ilin aprelində Gürcüstan vətəndaşlığından imtina edib. O, vətəndə bir neçə cinayət işi üzrə qiyabi olaraq həbs cəzasına məhkum edilib və axtarışa verilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
267 304 301 381 316 264

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.