Allah Təala nə zaman qəzəblənər?
Qurani-Kərimə əsasən, Allah fəzl və rəhmət sahibidir. “Əgər səni təkzib etsələr, de: «Sizin Rəbbiniz geniş rəhmət sahibidir (buna görə də sizə möhlət verir) və Onun əzabı günahkar dəstədən əsla dəf edilməz». (“Ənam” 147).
Allah öz bəndələrini çox sevir, Allahın gözəl adlarından biri Muhəbdir. Bu cür Allah heç bir zaman bəndəsinə qəzəblənməz. Allah qəzəbdən uzaq bir varlıqıdır. İlahi rəhmət bütün bəndələri əhatə edir.Ancaq həm qəzəb lazımdır, həm əfv İnsanda olan qəzəb hissi xüsusi amillər vasitəsilə büruzə verilir. Bu halın dəyişməsindən asılıdır. Ancaq Allah heç bir zaman dəyişkən hala malik deyildir. Ona görə də bəzi ayələrdə “Allahın qəzəbi” kimi verilən ayənin mənası nədir?
“Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür”. (“Taha” 81).
Bir nəfər bu ayənin təfsiri haqqında İmam Baqirdən (ə) soruşur: “Bu ayədə “Allahın qəzəbi” deyildikdə nə nəzərdə tutulur?” Həzrət (ə) cavabında buyurur: “Allahın qəzəbi həmin İlahi cəzadır. O kəs ki, deyir ki, Allahın halı bir haldan başqasına dəyişir, məxluq sifətini Allaha nisbət vermiş olar”.
Nə zaman Allah qəzəblənər?
“Və dedilər: «Cəhənnəm odu bizi bir neçə gündən (dədə-babalarımızın buzova ibadət etdikləri günlərin sayından) artıq yandırmaz». De: «Allah tərəfindən bir əhd-peyman almısınız – ki, Allah da heç vaxt öz əhd-peymanına xilaf çıxmaz – yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?!» (“Bəqərə” 80).
Yəhudi xalqının Allahın qəzəbinə gəlməsinin səbəblərindən biri də öz irqlərini başqalarından üstün tutmaq idi. Onlar özlərini ancaq behiştdə təsəvvür edirdilər. Belə düşünürdülər ki, əgər biz günahkar olsaq belə, əzab görməyəcəyik. Əgər əzab verilsə də, onun zamanı az olacaqdır. Çünki biz yəhudiyik və Allah bizi başqalarından üstün yaratmışdır. Qiyamət günü bu irqin xüsusi dəyəri və imtiyazı olacaqdır.
Ancaq Allah Quranda gətirdi ayələrlə bu fikrin üzərindən qırmızı xətt çəkir. Buyurur ki, hamı Qiyamət günü Allah qarşısında bərabər olacaqdır. O kəslər ki, öz irqlərinə görə behiştə girməyini düşünürsə, Allahın qəzəbinə düçar olar. Çünki aqibət xeyrin əsl meyarı saleh əməl və iman, təqvadır.
Ona görə bilmək lazımdır ki, bu, xam xəyaldan başqa bir şey deyildir. O kəslər ki, müsəlman olduqlarına görə İlahi qanunlara qarşı laqeyddirlər, ümid etməsinlər ki, behiştə düşəcəklər. Çünki onları bu əqidəyə görə pis aqibət gözləyir.
Həzrət Peyğəmbər (s) buyurur: “Sən Allah Təala yanında qırmızı və ya qara dərilidən yaxşı deyilsən. Məgər o zaman ki, təqvada onlardan qabaqda olasan”.