DeliBirHatun

DeliBirHatun özünü 🤔 fikirli hiss edir. İdman 11-02-2022, 00:40

"Qarabağ"ın rəqibində baş məşqçi ilə futbolçular arasında problem yaranıb

"Qarabağ"ın rəqibində baş məşqçi ilə futbolçular arasında problem yaranıb
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Fransa "Marsel"ində baş məşqçi Xorxe Sampaoli və futbolçular arasında problem yaranıb.

LoaDinG.Az "
L Equipe" nəşrinə istinadən xəbər verir ki, oyunçular argentinalı mütəxəssisin tapşırıqlarını meydanda dəqiq yerinə yetirə bilmirlər.

İddiaya görə, bu, futbolçuların Sampaolini ciddiyə almamaları və məşqlərdə onu diqqətlə dinləməmələrindən qaynaqlanır. Marsel təmsilçisinin ölkə kubokunun 1/4 final mərhələsində səfərdə "Nitsa"ya 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırmasından sonra komanda daxilində ab-havanın yaxşı olmadığı və gərginliyin artdığı bildirilib.

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
332 363 331 370 351 346

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.