DeliBirHatun

DeliBirHatun özünü 🙃 xoş hiss edir. Hekayələr 15-02-2022, 00:48

Hökümdarın başmağı

Hökümdarın başmağı
Belə rəvayət edirlər ki, böyük bir məmləkətə başçılıq edən bir hökümdar var imiş. Bir gün hökümdar qərara gəlir ki, piyada uzun bir səfərə çıxısın. Belə də edir. Məmləkətini qarışbaqarış gəzir. Geri qayıtdıqdan sonra  görür ki, daş-qalaqlı yolda gəzməkdən ayağı şişib. O saat belə bir qərar çıxarır ki, ölkəsinin bütün yolları dəri ilə döşədilsin. Lakin  vəzirlərindən biri ona bundan daha gözəl və faydalı məsləhət verir. Hökümdara tövsiyə edir ki, bütün məmləkəti dəriyə bürüməkdənsə, sadəcə ayağına geyindiyi çarığın altına dəri tikmək daha məqsədə uyğundur.
Bu hekayədən götürəcəyimiz ibrət odur ki, əgər dünyada xoşbəxt yaşamaq istəyirsənsə, bir dəfəyə bütün dünyanı dəyişməyə çəhd göstərmə. Dəyişikliyə özündən başla. Bundan sonra dünyanı dəyişməklə məşğul ol.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
638 629 623 558 562 495

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.