DeliBirHatun

DeliBirHatun özünü 🙃 xoş hiss edir. Hekayələr 15-02-2022, 00:46

Elan yazılan lövhə və kor insan

Elan yazılan lövhə və kor insan
Bir gün kor kişi bir imarətgahın kandarında papağını qarşısına qoyub digər tərəfinə isə "Mən koram. Xahiş edirəm mənə kömək edin", -sözləri yazılmış bir lövhə qoyub oturubmuş. Həmin an onun yanından bir nəfər keçir. Dayanan kor kişinin qarşısındakı papağın içinə baxanda görür ki, orada çox az miqdarda pul var. Həmin şəxs cibindən bir miqdar çıxarır və onun papağına qoyur. Daha sonra kor kişidən icazə almadan onun qarşısındakı lövhəni götürüb, ora başqa bir cümlə yazdıqdan sonra onu yerinə qoyub, yoluna davam edir. Bir müddət sonra kor kişi hiss edir ki, papağı yavaş-yavaş pulla dolmağa başlayır. Hiss edir ki, bu, lövhədə yazılan yazı ilə bağlıdır. Kor yoldan keçən bir nəfəri saxlayıb, ondan lövhədə nə yazıldığını soruşur. Həmin adam ona yazılan bu sözləri oxuyur: "Artıq bahar ayı gəlmişdir. Ancaq biz, onun gözəlliyini görə bilmirik".
Bu hekayə bizlərə sanki bunu deyir: "İşlərin istədiyin kimi getmirsə, sahib olduğun digər vasitələrdən də istifadə et".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
558 566 509 580 475 509

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.