n2006

n2006 Mətbəx 21-02-2022, 08:00

Yumşaq tort- Zərif və asan hazırlanan tort resepti!

Yumşaq tort- Zərif və asan hazırlanan tort resepti!
LoaDinG.Az uşağın belə hazırlaya biləcəyi, yumşaq, asan və son dərəcə dadlı tort resepti təqdim edir...


Yumşaq tort (xamalı krem ilə)
Zərif və asan hazırlanan tort resepti!

Tort xəmiri:
2 yumurta
200 q şəkər
1/2 banka qatılaşdırılmış süd («moloko»)
250 q xama
240 q un
1 çay qaşığı soda

Tort kremi:
200 q kərə yağı
1/2 banka qatılaşdırılmış. süd
Tort hazırlanması:
Yumurta şəkərlə ovulur, qatılaşdırılmış süd, xama, soda(sirkəylə söndürülmüş) qarışdırılır (mikserlə çalınsa daha yaxşı olar). Un əlavə olunur. Xəmir yoğurulur — xəmir xama kimi qatı olmalıdır. Xəmir 4 yerə ayrılır. Qeyd: xəmirin 2 hissəsinə kakao əlavə etsəniz daha ləzzətli olar. 4 biskvit təxminən 200 dərəcə temperaturda 10-15 dəq ərzində bişirilir.
Krem hazırlayırıq: qatılaşdırılmış süd ilə yumşaldılmış yağ qarışdırılır. Kremə ovulmuş şokoladda əlavə etmək. Biskvitlərin arasına, üstünə kremi çəkirik və zövqə görə bəzəyirik: şokolad yaxud biskvit qırıntılarıyla, həmçinin üzərinə əridilmiş şokolad tökmək olar. Əminəm ki bu ləzzətli tort smetanlı kremlə ,yaxınlarınızın, qonaqlarınızın çox xoşuna gələcək.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
659 695 691 583 623 563

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.