Məni "SƏN" eyləyən məhəbbət BİTDİ...
Bivəfa tuta bilmədik həyatın ucundan. İkimiz bir olubda qaldıra bilmədik bir sevdayı. Ağır gəldi bizə. Çətin gəldi darıxmaq gözləmək.Köçmən quşlar belə cəsarət etdi, məkanı da zamanı da dəyişməyə gücləri yetdi. Amma biz bacarmadıq. Bir eşqi qaldıra bilmədik ayrıldıq. Nə gələcəyi yaşaya bildim, nə keçmişi qaldıra bildim. Təəssüf, qazandığımı sandıgım an da İtirdim.
Fikrimi yol edib sərdim dünyaya yolların arzumdan,qəlbimdən keçdi. Könlümün içində nələr yaşadım, hər ötən anımız dözümdən keçdi. İnada inad..! Xəyalın özündən yaratdım səni, Aylı gecələrdə danışa bildik. Bir mən var idim, bir də xəyal-sən, küsülü günlərdə barışa bildik, xəyal ilə sən ümid ilə mən, ya tələsdim ya da gecikdim.Amma dəqiq hardasa səhv etdim.
Yaşaya bilmədin, bilmədin amma, bu istək eşqinin kölgəsi oldu. Gün deyil, ay deyil, sən bunu bilki sevdalar ölkəsi, eşq sərkərdəsil limanı olmayan bir eşq dənizi. İçində sevgimin məqsədi itdi, Məni "SƏN" eyləyən məhəbbət BİTDİ.







