UEFA-dan Rusiya və Ukrayna ilə bağlı qərar
Ukrayna və Rusiyanın bütün yaş qrupları üzrə milli komandaları, klubları UEFA bayrağı altındakı ev oyunlarını neytral meydanda keçirəcək.
UEFA-nın saytına istinadən xəbərə görə, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub. Qeyd edilib ki, yeni qərar qəbul olunanadək oyunlar bitərəf meydanlarda keçiriləcək.
Qitənin ali futbol təşkilatı Rusiya və Ukrayna arasında hərbi münaqişə səbəbindən belə qərar verib.






