DeliBirHatun

DeliBirHatun özünü 🙃 xoş hiss edir. Statuslar 3-03-2022, 23:02

Mövlana sözləri - Mənalı, təsirli Mövlana kəlamları

Mövlana sözləri - Mənalı, təsirli Mövlana kəlamları
Könül almağı bilməyənə ürək əmanət edilməz.

Qəlb hiss etmirsə, qulaq eşidib neyləsin? Ürək istəmirsə, əl toxunub neyləsin?

Axtardığın səni axtarandır.

Dərdsiz dua soyuqdur. Narahat olduqda edilən dua ürəkdən gəlir.

Yaxşıları axtar, həqiqəti axtar, gözəlləri axtar, lakin günah axtarma.

Səhvi özündə axtaran doğrunu ürəyində tapar.

Gərək yoxdur hər şeyi sözlə bəyana. Bir baxış min söz edər anlayana.

Ağıl quzu, nəfis qurd, imansa çobandır. İnam güclü deyilsə, nəfis ağlı yeyir.

Birisini tanımırsansa, kimi və nəyi axtardığına bax. Başa düşəcəksən.

Bağlı qapı yoxdur, səhv açar var.

Çay suyunu tamamilə içmək mümkün deyil, susuzluğunuzu yatıracaq qədər içməmək də olmur.

Önəmli olan səni tamamlayacaq ruhu tapmaqdır. Hər peyğəmbərin verdiyi öyüt eynidir: "Sənə ayna olacaq insanı tap".

Hər şeyi itirdim, amma özümü tapdım.

Anlaşılmaq kimi bir problemimiz var idi. O zamana qədər ki, özümüzü anlada bilmədiyimizi başa düşdük. O zaman susmaq bizim dostumuza çevrildi.

Günah etdiyin zaman dərhal tövbə et. İnsan suya düşdüyü üçün deyil, sudan çıxa bilmədiyi üçün boğulur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
746 724 623 680 734 719

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.