Azer2

Azer2 İdman 5-03-2022, 00:18

Şevçenko: "Artıq mənim üçün futbol yoxdur"

Şevçenko: "Artıq mənim üçün futbol yoxdur"

"Mənim üçün artıq futbol yoxdur. Yalnız ölkəmi düşünürəm".

Bu sözləri ukraynalı mütəxəssis Andrey Şevçenko deyib. O, "Sky Sports"a açıqlamasında ölkəsinə kömək etməyə çalışdığını bildirib:

"Kiyev meri Vitali Kliçko ön xətdədir. Biz hər gün ünsiyyətdə oluruq, məni vəziyyət barədə məlumatlandırır. Bütün idmançılar birləşiblər. Danışır, informasiya mübadiləsi edir, ölkəmizə kömək etməyə çalışırıq. Bir çox insan xeyriyyə məqsədilə pul toplamaqdan ötrü zəng edir".

Şevçenko hazırda heç bir idman növü üzrə yarışları izləmədiyini və ölkəsinə kömək etməyə kökləndiyini vurğulayıb. İngiltərənin paytaxtı Londonda yaşayan sabiq hücumçu Ukraynada baş verənləri valideynləri və dostlarından öyrəndiyini dilə gətirib.

O, dünyadan, xüsusən, Böyük Britaniyadan kömək istəyib: "Xahiş edirik, maddi yardım edin. Bu barədə Kliçko da danışıb. Bizə dərmanlar, ərzaqlar lazımdır. Hər cür dəstəyə ehtiyacımız var. Hər bir ukraynalının dünyadan dəstək hiss etməsi vacibdir. Bu, bizə çox lazımdır. Sizi Ukraynada hamı eşidir. Onlar sizin dəstəyinizi hiss edirlər. Bəli, Britaniya hökuməti kifayət qədər iş görür. Amma biz daha çoxunu xahiş edirik. İdman dünyanı dəyişmək üçün inanılmaz gücə malikdir. "Everton"un Vitali Mikolenkonu, "Mançester Siti"nin isə Aleksandr Zinçenkonu dəstəkləməsi inanılmaz idi".

Qeyd edək ki, fevralın 24-dən etibarən Rusiya və Ukrayna arasında müharibə davam edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
368 338 384 361 396 357

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.