Nə edim💔
Nə edim, yazmayım sənə bir şeir ?
Qəmli cümlələri fəth edir ürək.
Beyin fikirləşir, ürək sev deyir,
Əllərim titrəkdir, ayaqlar ürkək.
•
Nə edim, sevməyim səni bir daha ?
Mən ki ürəyimə qanun yazmıram.
Hər dua deyirəm səni Allaha,
Səni duamda da tək buraxmıram.
•
Nə edim, sevəsən məni hər zaman?
Digər ürəklərdən nə əksiyim var ?
Bu sakit ömrümə qatıb toz-duman,
Dəyişdin ömrümü təmiz, aşikar.
•
Nə edim, ömrümü sənin ömrünə,
Ömürlük gün qatım, bağlı saxlayım ?
Nə edim, bir zaman dəvətnamənə
Adımı adının yanına yazım ?
Qəmli cümlələri fəth edir ürək.
Beyin fikirləşir, ürək sev deyir,
Əllərim titrəkdir, ayaqlar ürkək.
•
Nə edim, sevməyim səni bir daha ?
Mən ki ürəyimə qanun yazmıram.
Hər dua deyirəm səni Allaha,
Səni duamda da tək buraxmıram.
•
Nə edim, sevəsən məni hər zaman?
Digər ürəklərdən nə əksiyim var ?
Bu sakit ömrümə qatıb toz-duman,
Dəyişdin ömrümü təmiz, aşikar.
•
Nə edim, ömrümü sənin ömrünə,
Ömürlük gün qatım, bağlı saxlayım ?
Nə edim, bir zaman dəvətnamənə
Adımı adının yanına yazım ?






