amon

amon Xəbərlər 6-06-2017, 18:31

Metroda gedişhaqqı 30 qəpik olacaq? — AÇIQLAMA

Metroda gedişhaqqı 30 qəpik olacaq? — AÇIQLAMA
Metroda gedişhaqqı 30 qəpik olacaq? — AÇIQLAMASon günlər metroda gediş haqqının artırılacağı barədə xəbərlər yenidən gündəmə gəlib.

LOADING.AZ-ın lent.az-a istinadən məlumatına görə, gediş haqqının artırılaraq 30 qəpik müəyyənləşdiriləcəyi deyilir.

Məsələnin gerçəkliyini öyrənmək üçün “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxlanılıb.

N.Paşayev açıqlamasında bildirib ki, bu məsələ hazırda müzakirə edilmir: “Metroda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik. Tarif Şurası belə bir qərar verərsə, o zaman biz bu qərara görə addım atacağıq. Lakin bizim tərəfimizdən Tarif Şurasına qiymət artımı ilə bağlı heç bir təklif və ya tələb olmayıb. Metroda gedişhaqqının qiymətini Tarif Şurası müəyyənləşdirir”.

Tarif Şurasının da mövqeyini almağa çalışsaq da, əlaqə yaratmaq mümkün olmadı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
574 568 481 458 542 519

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.