aynure

aynure özünü 😔 qəmli hiss edir. Şeirlər 7-03-2022, 18:33

Bəlkə bu şəhərdə (Gəl tanış eyləyək)

Bəlkə bu şəhərdə (Gəl tanış eyləyək)

Bəlkə bu şəhərdə səninlə birdən,
Gələrsək üz-üzə mənə gülümsə.
Bir də gözlərini çəkmə gözümdən,
Yenə də razıyam cəzam ölümsə.
•
Tanış eyləyərsən məni yarınla,
Deyərsən tapmışam, sevirəm artıq.
Yenə söyləyərsən baxışlarınla,
“bax bu son görüşdür gedirəm artıq”.
•
Yarandı oğlunun üzündə gülüş,
Deyərsən oxşayır sənə, dəcəldir.
Bilmədim, təsadüf olan bu görüş
Mənə hədiyyədir, yoxsa əcəldir..
•
Keçmişim gözümün önünə gəldi,
Gələcək dərdinə düşərdin elə.
O bizim körpəmiz ola bilərdi,
Biz ola bilərdik gəzən əl-ələ.
•
Bilmədik qədrini ötən günlərin,
Boşluğun yuxudan oyanıb baxır.
Bax indi önümdə itən günlərin
Ağrısı, acısı dayanıb baxır.
•
Mən də tanış edim səni yarımla,
Söyləsin çox şadam bu tanışlığa..
Bir də tanış edim körpə qızımla,
Sən də şad olasan bu adaşlığa..
•
Gülüb gözlərimə baxarsan onda,
Duruxub qalarsan bircə saniyə.
Axı çox il keçib belə baxanda,
Düşündün, nə üçün, görəsən niyə?
•
Bil ki, unutmayıb sol yanım səni,
Və adın,sonbeşik qızımın olub.
Məndən soruşarsa xanımım səni,
Deyərəm ən acı romanım olub..


♥♥♥♥ ♥♥♥♥ ♥♥♥♥ ♥♥♥♥



Bəlkə bu şəhərdə səninlə birdən,
Gələrsək üz-üzə mənə gülümsə.
Bir də gözlərini çəkmə gözümdən,
Yenə də razıyam cəzam ölümsə.
♦
Tanış eyləyərsən məni yarınla,
Deyərsən tapmışam,”tam”dı bu artıq.
Yenə söyləyərsən baxışlarınla,
“Qal ömür yolunda mənsiz,yarımçıq”.
♦
Alıb qucağına kiçik oğlunu,
Deyərsən “böyüyüb sevər sənintək.
Səndən fərqli olsun qoy onun sonu,
O da sevdiyini alar mənimtək”…
♦
Mən də amin deyim kövrək səsimlə,
Qarışıb o anın sevinclərinə.
Qoy yenə gizlədim səndən gözümlə,
Özüm ortaq olum kədərlərimə.
♦
Mən də tanış edim səni yarımla,
Söyləsin çox şadam bu tanışlığa..
Bir də tanış edim körpə qızımla,
Sən də şad olasan bu adaşlığa..
♦
Və “biz gecirik” deyərək sonda..
Getməyin vaxtıdır söylə gözünlə.
O kiçik oğlun da gülərək sonda,
Uzaqdan əl sallar mənə,səninlə..
♦
Bildin,unutmayıb sol yanım səni,
Və adın,sonbeşik qızımın olub.
Məndən soruşarsa xanımım səni,
Deyərəm ən acı romanım olub..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
592 535 541 567 501 485

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.