n2006

n2006 Mətbəx 11-03-2022, 08:00

Uşaqları mürəbbə yeməyən analar, əmin olun bunu mütləq yeyəcəklər

Uşaqları mürəbbə yeməyən analar, əmin olun bunu mütləq yeyəcəklər
Bu resept uşaqları mürəbbə sevməyən analar üçün idealdır. İstənilən mürəbbə suyu ilə hazırlana bilər, amma çiyələk mürəbbəsi daha gözəl alınır. Bu dadlı peçenyelər üçün bizə lazım olan inqridientlər bunlardır:

150 q. kərə yağı və ya marqarin
0.5 st. şəkər tozu
2 yumurta
0.5 st. mürəbbə suyu
təxmini 2.5 st. un
0.5 st. qarğıdalı nişastası
1 paket vanil
1 paket qabartma tozu
Hazırlanması: İlk olaraq yağı və yumurtanı soyuducudan çıxarıb otaq temperaturunda saxlayın.

İri bir qaba yumşalmış yağı qoyub mikserlə ağarana kimi çırpın. Üzərinə şəkər tozunu əlavə edib qarışdırmağa davam edin. Mikseri söndürmədən 1 yumurta qatın, tam qarışdığından əmin olduqda ikinci yumurtanı da əlavə edin. Yaxşıca çalıb sonda mürəbbə suyunu tökərək qarışdırın. Miksərlə işiniz qurtarmış olur bu mərhələdə.

Ələyi qabın üzərinə yerləşdirib hələlik 2 stəkan un tökün, üzərinə vanil, qabartma tozu və nişastanı əlavə edərək yüngülcə qaşıqla qarışdırıb ələyin. Sonra taxta qaşıqla məhsulların qarışdığına əmin olun, keçin əllə yoğurmağa, ələ yapışan xəmir alınacaq. Lazım olarsa qalan unu da əlavə edin. Soyuducuda xəmiri 20-30 dəq. gözlədin.

Özünü tutmuş xəmiri sobaya vermək üçün əlinizi azca yağlayıb yuvarlaq şəkillər verərək yağlı kağız qoyduğunuz soba listinə düzün. Sadə forması üçün bu halda sobaya verin. Əgər bəzəmək istəsəniz, o zaman barmağınızla yavaşca hər yuvarlağın üstünə basıb çökəklər əmələ gətirin və bu çökəyə ya damla şokolad, ya azca kakao, ya da cem qoyub sobaya göndərin. 170 dərəcədə 20-25 dəqiqəyə tam hazır olacaq. Sobadan çıxdıqda üzərinə şəkər pudrası gəzdirin. Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
443 444 371 379 412 355

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.