Kır_papatyası

Kır_papatyası Mətbəx 15-03-2022, 11:30

Doğma salat resepti

Doğma salat resepti
Ərzaqlar:1 paket Superfresh qarnir (doğranmış hazır kök, kartof və yaşıl noxud), 3 ədəd yumurta, 1 ədəd tər xiyar, 2 ədəd turşu xiyar, balaca dəstə şüyüd və göy soğan, 3 ədəd yumurta, 200 qr. ət, duz, istiot, 6 x.q (yarı yarıya xama və mayonez)

Hazırlanması:

Təzə xiyarı və turşu xiyarı xırda doğrayırıq.Yumurtanı bişirib təmizləyirik. Soyuduqdan sonra xırda doğrayırıq.Əti duzlu suda qaynadıb bişiririk, soyuduqdan sonra xırda doğrayırıq.Garniri yarım qazan qaynayan suya əlavə edib (buzunun açılmağını gözləmədən, elə buzlu halda əlavə edirik), 10 dəqiqə qaynadıb, süzüb götürürük.Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq. Qarnirin üzərinə doğranmış göyərtini, əti, yumurta və xiyarı əlavə edirik . Duz və istiot tökürüb qarışdırırıq.Xamanı və mayonezi hər birindən 3 x.q əlavə edib qarışdırırıq. Zövqə görə duz istiotuna baxırıq. Lazım gəlsə əlavə edirik.


Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
537 539 482 556 457 499

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.