Kır_papatyası

Kır_papatyası özünü 😇 xoşbəxt hiss edir. Gözəllik 16-03-2022, 23:55

Göz ətrafındakı qırışları bununla azaldın

Göz ətrafındakı qırışları bununla azaldın
Xanımları ən çox gözətrafı qırışlar narahat edir. Bu qırışlar erkən yaşda başlayır və onların aradan qaldırılması çox çətindir. Hətta kosmetoloqlar belə bu qırışları aradan qaldıra bilmir. Ona görə də, göz ətrafında xoşagəlməz halların yaranmasının qarşısını erkən yaşdan almaq lazımdır.
Loading.az xəbər verir ki, evdə hazırladığınız maskalarla göz ətrafını daim nəm saxlaya bilərsiniz.
Gün ərzində heç fərqində olmadan etdiyimiz mimiki hərəkətlər qırışların yaranmasına səbəb olur. İlk növbədə danışa, gülərkən az mimiki hərəkətlər edin. Gün ərzində ən az 8 saat yatın.
Aloe tərkibli göz kremi istifadə edin. Bu kremi barmaq uclarınızla masaj edərək dəriyə yedirtməyə çalışın.
Çay qaşığını soyuducuya qoyun. Soyuduqdan sonra qaşığın arxa hissəsi ilə göz ətrafına kompres qoyun. Bununla 5 dəqiqə masaj etməyiniz yetərlidir.
Qaşıqla yanaşı soyuducuda saxladığınız xiyarı da istifadə edə bilərsiniz. Paket çayı dəmləyib soyuducuda saxlayıb gözaltına kompres etmək də məsləhətdir.
Gül suyundan hazırladığını kiçik buzları gözətrafınıza çəkin. Bu da gözaltı şişkinlikləri, torbaları götürəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
400 530 439 481 434 388

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.