n2006

n2006 Mətbəx 19-03-2022, 16:00

Novruz Süfrəsinə Gözəllik və Ləzzət Qatan Qəndi Külçə (Partlama)

Novruz Süfrəsinə Gözəllik və Ləzzət Qatan Qəndi Külçə (Partlama)
Novruz süfrəsi üçün dadına doyum olmayan Lənkəranın dadlı şirniyyatını hazırlaya bilərsiniz. Qəndi külçənin digər adı partlamadır. Bu şirniyyatın adı bişmə özəlliyindən götürülüb. Bişdiyi zaman üstü partlamalıdır və içlik çölə çıxmalıdır. LoaDinG.Az dadına doyum olmayan qəndi külçənin reseptini təqdim edir.

Tərkibi:
Xəmir üçün:

500 qr un,
2 ədəd yumurta
100 qr əridilmiş kərə yağı
0,5 stəkan ilıq süd
0,5 çay qaşığı duz
0,5 çay qaşığı sarıkök
1 çay qaşığı quru maya
1 çay qaşığı şəkər tozu
İçlik üçün:
1 kq un
500 qr əridilmiş kərə yağı
1 ədəd yumurta ağı
500 qr şəkər tozu
1 çay qaşığı üyüdülmüş hil
1 paket vanil
duz
1 paket qabartma tozu,
Üzəri üçün:
1 ədəd yumurta ağı
qoz-fındıq ləpəsi
naxışları vurmaq üçün xırda dişli təzə daraq
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün bir qabda unun orta hissəsinə yumurta, duz, şəkər tozu, sarıkök, maya, əridilmiş kərə yağı və ilıq süd töküb bərk xəmir yoğurun. Xəmiri qaba qoyub üzərinə streç salafan keçirib 1-2 saatlıq kənara qoyun.

İçliyi hazırlamaq üçün 500 qr kərə yağını dağ olana qədər əridin və 2-3 saatlıq soyuducuya yerləşdirin. Bir qaba əridilmiş donmuş kərə yağınıtöküb mikserlə ağaranadək yaxşıca çırpın. Üzərinə az-az şəkər tozunu əlavə edib çırpmağa davam edin. Bir ədəd yumurta ağını da əlavə edib çırpın. Duz, hil, qabartma tozu və vanili də əlavə edib qarışdırın. Daha dərin bir qabda çırpdığınız yağlı kütlənin üzərinə 1 kq un əlavə edib əllə qarışdırın. Yağlı kütləylə unun qarışdırıb umac halına gətirin. Bu kütlədən 20 ədəd toplar hazırlayın və qaysaqlanmaması üçün streç salafan bükün.

Xəmiri dəzgahın üzərində kiçik kəsib 20 ədəd kündə hazırlayın. Hər kündəni şəkərbura kimi yayın və orta hissəsinə hazırladığınız topun birini yerləşdirin bükün. Bu qaydayla top kimi yuvarlaq külçələr hazırlayın. Hazır külçələri aralıqlarla soba sinisinə düzüb üzərini örtün və 20 dəqiqə kənarda saxlayın. Təzə daraqla naxışlar edib qoz-fındıq ləpəsi batırın. Daha sonra üzərinə yumurta ağı çəkib əvvəlcədən 150-160 dərəcə qızdırılmış sobada üzərləri partlayıb qızarana qədər bişirin.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
772 715 730 653 610 665

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.