Azer2

Azer2 İdman 19-03-2022, 11:10

UEFA-nın yeni reytinqi – 7 klubumuz var

UEFA-nın yeni reytinqi – 7 klubumuz var
Bu gün UEFA Avropanın klub komandalarının reytinqini yeniləyib.

Qurumun saytında yer alan və son 5 avrokubok mövsümünün nəticələrinə əsasən hazırlanan siyahıda Azərbaycandan 7 komanda yer alıb. Onların sırasında ən yaxşı göstərici əvvəlkitək “Qarabağ”a məxsusdur. Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi 63-cü yeri tutur. "Qarabağ"dan sonrakı pillələrdə yer alan Avropa komandaları sırasında "Başakşehir" (Türkiyə), PAOK (Yunanıstan), "Vest Hem" (İngiltərə), "Lester" (İngiltərə), "Betis" (İspaniya) "Atletik" (İspaniya), BATE (Belarus) kimi komandalar var.
“Neftçi” 166-cı, “Keşlə” 288-ci, “Qəbələ” 305-ci, “Sumqayıt” 311-ci, “Səbail” 312-ci, “Zirə” 313-cü pillədədir. Reytinqə “Bavariya” (Almaniya) başçılıq edir.

Ölkələrin UEFA sıralamasında isə Azərbaycan əvvəlkitək 26-cı pillədə qərarlaşıb

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
382 376 400 322 388 388

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.