Azer2

Azer2 İdman 22-03-2022, 11:06

PSJ-də futbolçular arasında iki klan

PSJ-də futbolçular arasında iki klan


PSJ-nin futbolçuları arasında gərginlik artır.

Komandada iki klan formalaşıb. Bunlar cənubi amerikalı və fransızdilli oyunçulardan ibarətdir. Oyunçu qrupları arasında gərginlik Çempionlar Liqasının 1/8 finalında "Real" 1:3 hesablı məğlubiyyətdən sonra yüksəlib və Fransa çempionatında "Monako"ya uduzulan (0:3) görüşdən sonra daha da artıb.

Liqa 1 oyunundan sonra heç bir oyunçunun nə soyunub-geyinmə otağında, nə də geri dönərkən danışdığı bildirilir. Bunun komandadakı əhval-ruhiyyəni xarakterizə etdiyi vurğulanıb.

Qrupların birində hesab edirlər ki, digər qrupun futbolçuları lazımi fədakarlıq nümayiş etdirmir. Klub rəhbərliyi isə bu futbolçularla kifayət qədər ciddi davranmır və onlara güzəştlər edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
424 371 393 321 311 378

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.