Azer2

Azer2 İdman 22-03-2022, 11:10

Dibala ilə vidalaşmağın vaxtıdır

Dibala ilə vidalaşmağın vaxtıdır


"Yuventus"un baş direktoru Maurisio Arrivabene futbolçusu Paulo Dibala ilə yeni müqavilə imzalayıb-imzalamayacaqları barədə sualları cavablandırıb.

O, 28 yaşlı hücumçunun klubun gələcək planlarında yer almadığını bildirib:
"Dibala ardıq "Yuventus"un planlarının mərkəzində dayanmır. Onun oyun səviyyəsi ilə bağlı müzakirə aparıla bilməz. Amma hər zaman başqa seçimlər var və edilib. Paulo ilə ciddi və etik şəkildə görüşdük. İndi artıq komandada Duşan Vlahoviç var. Geridə qalan qış transfer pəncərəsində "Yuventus"da bəzi şeylər dəyişdi".

Qeyd edək ki, Dibala 2015-ci ildən "Yuventus"da oynayır. Onun klub ilə sözləşməsi bu mövsümün sonuna qədərdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
400 394 415 371 369 384

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.