“Mənim kimi futbolçu görməyəcəksiniz”
“Milan”ın 40 yaşlı futbolçusu Zlatan İbrahimoviç bu il karyerasını başa vurmağı düşünmür.
O, bu haqda jurnalistlərə açıqlamasında deyib.Təcrübəli oyunçu bu mövsüm “Milan”ın heyətində 18 oyunda meydana çıxıb, 8 qol vurub. O, bugünlərdə Çexiya ilə DÇ-2022-nin matçı üçün yenidən (5 illik fasilədən sonra) İsveç millisinə dəvət alıb.
“Karyeramı başa vurmaq barədə düşünəndə bir az qorxu hissi keçirirəm” - deyə o bildirib. “Yaxşı nəticələr qazandığım və zədəyə görə ağrımadığım müddətdə oynamağa davam etmək istəyirəm. Karyeramı peşmanlıq duymadan bitirməliyəm. Ona görə də zamanı ən yüksək səviyyədə dəyərləndirməliyəm. Bu, 20-25 ilmi sürər, bilmirəm. Amma bir gün oyanacam və artıq heç bir planımın olmadığını görəcəm. O zaman isə ən çox siz üzüləcəksiniz. Məni futbolçu kimi görməyəcəksiniz. Bunun dadını çıxarın. Çünki bir daha mənim kimi futbolçu olmayacaq”.






