Seymur_Sönməz

Seymur_Sönməz Şeirlər 23-03-2022, 22:16

NAXƏLƏF BİR ADAMA

NAXƏLƏF BİR ADAMA


NAXƏLƏF BİR ADAMA

Daha yaşamağa qalmayıb həvəs,
Qəlbimi oxşamır nə avaz, nə səs.
Dost-sirdaş bildiyim bir naxələf kəs,
Məni bilə-bilə odlayıb keçir.

Nə qış ötüb gedir, nə çiçək açır,
Nə də göy üzündə günəş nur saçır.
Torpaq ayağımın altından qaçır,
Dərd-qəm qamətimi qatlayıb keçir.

Dilimdə böyüyən söz buğum-buğum,
Hələ görüləsi işim bir yığım.
Bir vaxt adam bilib, adam saydığım,
Qarşımdan yad kimi adlayıb keçir.
01.03.2022
SEYMUR SÖNMƏZ PAŞAYEV©

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
602 556 572 522 491 567

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.