Azer2

Azer2 İdman 24-03-2022, 10:42

Boksçumuz Avropa çempionu oldu

Boksçumuz Avropa çempionu oldu
Azərbaycan yığması Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyindəki çıxışını başa vurub.

Son görüşdə Nicat Hüseynov (51 kq) final qarşılaşmasına çıxıb. Dünya və Avropa birinciliklərinin mükafatçısı həlledici döyüşdə gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək, qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) bürünc medal əldə ediblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
390 407 358 375 377 366

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.