Çox darıxmışam
Sənli xatirələr getmir gözümdən,
Adın çəkilməyir mənim sözümdən
Bezmişəm səbrdən,bezdim dözümdən
Bu həsrətlə kədərlərə qarışmışam.
Gözlərin bəzədi həzin ömrümü
Sevərək keçirtdim hər bir günümü,
Tanıya bilmədim özüm özümü
Bu qısa zamanda çox bağlanmışam.
Şirin söhbətlərin,təmiz ürəyin
Mənə həyat verdi sən gülüşlərin,
Səadətlə dolu sənli günlərin
İnan hər anına bərk alışmışam.
Mən qayıt deyərsim mümkün olsaydı,
O sənli günlərim tez qayıtsaydı
Canım qurtarardı qəlbim dursaydı,
Sənsiz dözmək olmur çox darıxmışam.







