Ayrılıq💔🥀
Səssizliyin nəğməsiyləyetişəcək ayrılıq,
Sükutun üsyan səsiylə başlayacaq ayrılıq
Bir "əlvida” kəlməsiylə hökm edəcək ayrılıq
Səni məndən vəfasızca ayıracaq ayrılıq.
Dilim söz tutmayacaq ayrılmayaq deməyə,
Zaman əngəl olacaq artıq geri dönməyə
Göz yaşlarım dolanda damla-damla qəlbimə
Səni məndən vəfasızca ayıracaq ayrılıq.
Həsrət yağışıyla dolacaq gözüm,
Səni səsləyəcək mənim son sözüm,
Dostlarım deyəcək bunada dözüm
Səni məndən vəfasızca ayıracaq ayrılıq.
Ayrılığa dözmərəm sənsizlik boğar məni,
Göz yaşımla solaram, son nəfəs sıxar məni
Dünya zindan görünər,məzara qoyar məni
Bu sevgini görməyən ölüm ayırar məni.







