Bu necə vədadır
Axı söz vermişdin sevincdə,dərddə
Sənlə olacaqdıq həran bir yerdə
İndi özün söylə nə haqqın vardı?
Səndəmi tək qoydun məni kədərdə?
Heç vəda etmədin çıxıb gedərkən,
Axı doymamışdım sənin üzünə
Məni ölüm ilə sən tərk edərkən
Ehtiyacım vardı sevgi sözünə..
Yox mənim həyatım qayıt geriyə
Aldığın sevinci geriyə qaytar
Dözmək çox çətindir bu həsrətinə
O qara torpağa mənidə apar.
Səndəmi ayalançı çıxdın sözünə?
İndi torpaqlara dəyişdin məni
Söylərdin ölümdə ayırmaz bizi
İndi qısqanıram torpağa səni.







