Buda bir həyat
Kitabda lirik sevgi şeirləri xüsusi yer tutur. Şairin bəzi sevgi şeirləri də fəlsəfi səciyyə daşıyır. "İkimizdən birimiz" şeiri "iki sevgilidən biri dünyaya gəlməsəydi nə olardı, bununla dünya dəyişərdimi" kimi suallara cavabdır. Şeirin birinci hissəsində, ilk baxışda, sevgililər olmasa "qiyamət qopmazdı" fikri vurğulanır.
İkimizdən birimiz
Dünyaya gəlməsəydik...
Günəş nur saçmağında,
Qartallar uçmağında
Davam edərdi, gülüm.
Eşq сoşanda sinədə
Qız, oğlanlar yenə də
Yallı gedərdi, gülüm.
Bizsiz də həyat vardı,
Boş qalmazdı yerimiz ;
Qiyamətmi qopardı,
İkimizdən birimiz
Dünyaya gəlməsəydik?!
İkinci hissədə fikir dəyişir. Dünyada bir ahəng, bir nizam var, hər şeyin öz yeri var, kainatda sevginin, cazibə qüvvəsinin varlığı və vacibliyi dəyərləndirilir.
Dünyada tam ahəng var -
Tənha ulduzlar yanar,
Aləm nura boyanar.
Milyonlara ruh verər
Bir qəlbdəkı duyğular.
Qığılсımdan od törər,
Damсılardan dalğalar.
Zərrədə saysız hünər
Hər ahəngdə min rəng var,
Dünyada tam ahəng var.
Günəş aya baxmasa
Ay yerə nur saçarmı?
Qoşa qanad taxmasa
Quşlar şövqlə uçarmı?
Şeir hər sevginin dünyanın bir hissəsi olduğu, dünyanın sevgilərdən ibarət olduğu, bu sevgi olmasaydı bu şeir yazılmazdı, sevdalar gəldi-gedər deyil kimi nikbin fikirlərlə tamamlanır.
İkimizdən birimiz
Dünyaya gəlməsəydik,
Bu günü görməsəydik
Görən nə baş verərdi,
Kim ağlar, kim gülərdi?
Bizə nə dərdi, gülüm?
Dünyaya gəlməyimiz,
Sevib-sevilməyimiz
Yazı, qədərdi, gülüm.
Bir söz deyim müxtəsər,
Məhəbbətdir hər əsər.
Bir vurmazdı qəlbimiz,
Yazılmazdı şerimiz
İkimizdən birimiz
Dünyaya gəlməsəydik.
Dünyanı eşq yaşadar,
Vurğunluqdan xoş nə var?!
Kim deyər ki, sevdalar
Gəldi-gedərdi, gülüm?!
"Yadındamı?", "Səni çox sevirdim", "Sən sevdiyin bir gənc idi", "Aramızda soyuqluq var", "Deyirdim ki", "Nə yaxşı ki", "Məndən sənə yar olmaz" və digər sevgi şeirləri ifadə etdikləri səmimi hisslərə, bədii dəyərinə, axıcılığı və hərarətinə görə seçilirlər.