Kır_papatyası

Kır_papatyası Şeirlər 26-03-2022, 15:05

Ya mən, ya sən, ya da..

Ya mən, ya sən, ya da..

Aparacağın çoxdur.
Gətirəcəyin nə var?
Bu gündən mən də yoxam,
İtirəcəyin nə var?

Dodaq bir gün toxunur,
Tütün ayrılıqlara.
İnsan belə alışır,
Bütün ayrılıqlara.

Bir də qurban eləmə,
Özünü hər sevgiyə.
Amma çox yaraşırdın,
Bu eybəcər sevgiyə...

Danış, ucadan,danış...
Bir ara ver susmağa..
İndi elə möhtacam,
Sənə qulaq asmağa...

Bir daha soruşuram,
Nələr keçir içindən?
Ya mən,ya sən,ya da biz,
Birini seç üçündən..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
899 899 835 860 833 863

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.