aynure

aynure Sağlamlıq 27-03-2022, 21:30

Gilasın bilmədiyiniz faydaları

Gilasın bilmədiyiniz faydaları
Rəngi, xoş qoxusu və dadı ilə yay fəslinin ən sevilən meyvələrindən olan gilasın sapından çəyirdəyinə qədər bir çox faydası mövcuddur. İsti havalarda sağlamlıq cəhətdən seçilən bu meyvənin artıq çəki qazandırmaması və sağlamlığa zərər verməməsi üçün uyğun miqdarda istifadə edilməlidir.

Tərkibində A, C vitamini, potasium, maqnezium, melatonin mövcuddur. Bu meyvənin rəngi tündləşdikcə qida dəyəri artır.

Bəs faydaları nədir?

Xərçəng xəstəliyinə qarşı immuniteti qoruyur – Ən yüksək antioksidantdır. Stresi azaldır.

Qan təzyiqində azalma, ürək-damar xəstəliyi riskini azaldır. Təzyiq xəstələrini gündəlik qidalanmasında gilasa yer verilməlidir.

Dəri sağlamlığı üçün faydalıdır. Günəşin mənfi şüalarına qarşı dərini qoruyur.

Gilasın sapı vücuddakı şişlikləri azaldır. Uzun illər qəbizlik və şişlikdən əziyyət çəkənlər gilas sapını qaynadaraq içə bilərlər. Gilas və gilas sapının bağırsaq hərəkətlərini artırıcı təsiri vardır.

Toxluq hissi verib, şirniyyat istəyini azaldır - Arıqlamaq istəyən insanlar üçün bu meyvənin faydası sonsuzdur. Bu meyvənin yüksək qida dəyəri, vücud çəkisinin nəzarəti üçün, bağırsaq və yuxu keyfiyyəti üçün əhəmiyyət daşıyır. Gündə iki stəkan qədər gilas yeyilməlidir. Əzələ ağrılarını azaldır. Melatonin tərkibi sayəsində yuxusuzluq problemi üçün də əlverişlidir.

Qəbizlik problemi üçün vacibdir. Gündə 3 pors yeyilməlidir. Qəbizlk problemi yaşayanlar üçün gün ərzində gilas yemək vacibdir. Başqa meyvə yemək istəyənlər də gilası 1-2 pors olaraq qəbul edə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
325 383 342 335 358 352

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.