Kır_papatyası

Kır_papatyası Gözəllik 27-03-2022, 14:00

Gecə boyunca gözlərinizin qeydinə qalacaq maska

Gecə boyunca gözlərinizin qeydinə qalacaq maska
Pis yuxu, allergiya və stress gözlərin yorulmasına, alt bölgənin qaralmasına səbəb olur. Dərinin bu hissəsi həssasdır və gecə daha çox nəmləndirilməyə ehtiyac duyur.
Loading.az gecə yatmazdan əvvəl göz ətrafındakı dərini bərpa edən və qidalandıran maskanı təqdim edir.
Tərkibi:
kokos yağı,
Vitamin E tableti
Buxur yağı
Bir qabda 1 xörək qaşığı kokos yağını əridib üzərinə E vitamini və iki-üç damcı buxur yağı əlavə edin. Yaxşı qarışdırın və qapaqlı kiçik bir qaba köçürün. Bu tərkibi soyuducuda saxlaya bilərsiniz. Gecə yatmazdan əvvəl göz altına və çevrəsinə çəkin. Gecə boyunca maska dəriyə nüfuz edəcəkdir.
Yatmazdan əvvəl çəkməyi unutmusunuzsa, səhərlər makiyaj çəkməzdən ən azı 10 dəqiqə əvvəl də istifadə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
472 474 423 474 475 474

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.