n2006

n2006 Xəbərlər 27-03-2022, 17:25

Martın 28-dən tədris prosesi bərpa olunur - KİYEVDƏ

Martın 28-dən tədris prosesi bərpa olunur - KİYEVDƏ
Martın 28-dən Kiyevdə tədris prosesi distant formatda bərpa olunacaq. LoaDinG.Az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.

“Martın 28-də Kiyevdə təhsil prosesi distant formatda bərpa olunur. Bazar ertəsindən etibarən paytaxtın ümumi orta, peşə, ali peşə-ixtisas və ali təhsil müəssisələri onlayn formatda tədrisi bərpa edəcək”, - məlumatda deyilir.

Qeyd olunur ki, müharibə dövründə distant təhsilin məqsədi təkcə yeni biliklərin mənimsənilməsi deyil, həm də psixoloji dəstək, ünsiyyətdir. “Bu, uşağa əlavə stress və həyəcan yox, kömək olmalıdır, ona görə də mənfi qiymətləndirmələr və ev tapşırığı olmayacaq. Əsas diqqət yalnız yeni materialın öyrənilməsinə deyil, həm də təkrara yönəldiləcək”, - məlumatda vurğulanır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
368 389 279 354 346 312

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.