aynure

aynure Mətbəx 28-03-2022, 15:00

Dadlı, Rəngli Yerkökülü Plov

Dadlı, Rəngli Yerkökülü Plov
Heç yerkökü və düyünü birlikdə sınamısınız? Toyuq yeməkləri ilə yanaşı süfrəyə doyurucu və dadlı yerkökü plovu da verə bilərsiniz. LoaDinG.Az rəngli plovlardan biri yerkökülü plovun reseptini təqdim edir.

Tərkibi:

2 stəkan baldo düyü
3 stəkan qaynar su
1 çay qaşığı duz
1 çay qaşığı limon suyu
3 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı kərə yağı
1 ədəd böyük ölçülü yerkökü
1 çay qaşığı rəndələnmiş limon qabığı
Hazırlanma qaydası:

Bir qabda düyünü duz və bir neçə damcı limon suyu ilə isti suda soyuyana qədər isladın. Daha sonra bol su ilə yuyub suyunu süzün. Zeytun yağını tavada qızdırın. 1 ədəd sürtgəcdən keçirilmiş yerkökünü daim qarışdıraraq 5 dəqiqə qovurun. Yuyulmuş və süzülmüş düyünü də əlavə edib 5 dəqiqə daha qovurun. Qaynar suyu və duzu əlavə edin. Bir buğum qaynadıqdan sonra ocağı azaldın. Su buxarlanana qədər düyünü bişirin. Bişən düyünü ocaqdan götürüb, 1 çay qaşığı xırda doğranmış soyuq kərə yağı və yarım limonun rəndələnmiş qabığını əlavə edin. Qazanın qapağını bağlayıb 5 dəqiqə dəmə qoyun.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
520 513 430 477 438 477

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.