n2006

n2006 Mətbəx 24-04-2022, 15:30

20 Dəqiqəyə Stəkanda Tənbəl “Napoleon” Tortu

20 Dəqiqəyə Stəkanda Tənbəl “Napoleon” Tortu
Napoleon tortu ən çox sevilən desertlərdən biridir. Üstəlik, hər evdar qadın belə bir tort hazırlamaqla bütün gününü soba yanında keçirmək istəmir. Beləliklə, heç bir əlavə səy göstərmədən, bir stəkanda tənbəl “Napoleon” tortu hazırlamaq olar. LoaDinG.Az 20 dəqiqəyə stəkanda tənbəl “Napoleon” tortunun reseptini təqdim edir.

Tərkibi:

500 qr qat-qat xəmir
380 qr 33%-lik qaymaq
250 qr qatılaşdırılmış süd
Hazırlanma qaydası:

İlk öncə qat-qat xəmiri yağlı kağız üzərinə yayıb kiçik kub formasında doğrayın. Üzərində doğranmış qat-qat xəmir olan yağlı kağızı ehtiyyatla soba sibisibə yerləşdirin. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Kremi hazırlamaq üçün ilk öncə qaymağı mikserlə yaxşıca çırpın. Üzərinə qatılaşdırılmış süd əlavə edib qarışdırın. Bişən kub formasında xəmirləri kremlə qarışdırıb stəkana yerləşdirin. Stəkanı doldurub üzərini sürtgəcdən keçirilmiş şokoladla bəzəyin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
420 450 438 441 425 441

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.