Azer2

Azer2 İdman 29-03-2022, 20:23

Millimiz Latviyaya da uduzdu

Millimiz Latviyaya da uduzdu
Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirib.
Komandamız[b] Latviya ilə qarşılaşıb. Maltanın Ta Qali şəhərindəki Milli Stadionda oynanılan matçda millimiz 0:1 hesabı ilə məğlub olub.

Bu, Azərbaycan yığmasının tarixinə Latviyaya ilk məğlubiyyəti kimi düşüb. Komandalar arasındakı əvvəlki 4 yoldaşlıq matçında 3 dəfə heç-heçə qeydə alınıb. 1-dəfə isə Azərbaycan millisi rəqibini məğlub edib.

Qeyd edək ki, Azərbaycan yığması martın 25-də ilk yoxlama görüşündə Maltaya 0:1 hesabı ilə uduzub, Latviya isə Küveyt ilə heç-heçə edib - 1:1.

29 mart

Yoldaşlıq oyunu

15:00. Azərbaycan - Latviya - 0:1

Qol: Qutkovski, 86

Qırmızı vərəqə: Qara Qarayev, 30 (Azərbaycan)
Baş hakim: Trustin Farruca Kann (Malta)
Malta. Ta Qali. Milli Stadion.

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev(30-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub), 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k) (13. Abbas Hüseynov, 79), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (16. Coşqun Diniyev, 73), 9. Renat Dadaşov (7. Namik Ələskərov, 79), 10. Dmitri Nazarov, 14. Eddi İsrafilov (18. Filip Ozobiç, 73), 17.Toral Bayramov (19. Təmkin Xəlilzadə, 79)

Latviya: 1. Pavel Steinbor (23. Rixard Matreviç, 46), 2. Vladislav Sorokin, 4. Kaspar Dubra, 5. Antoni Çernomordı (k), 6. Krister Tober, 9. Vladislav Qutkovski, 11. Robert Savavnyek, 14. Andrey Tsıqanik (16. Alvis Yaunzem, 63), 17. Renar Varslavan (7. Vladimir Kameş, 73), 19. Raymond Krollis, 22. Aleksey Savelyev (18. İqor Tarasov, 88)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
411 428 401 368 405 388

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.