amon

amon İdman 30-03-2022, 15:20

Qazaxıstan cərimələnəcək - Millətlər Liqası

Qazaxıstan cərimələnəcək - Millətlər Liqası
UEFA Qazaxıstan Futbol Federasiyasını (KFF) cərimələyəcək.


Loading.az xəbər verir ki, buna Moldovaya qarşı UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyununda azarkeşlərin davranışları səbəb olub.

Fanatlar görüşdə meydana yad əşyalar atıblar. KFF buna görə 10 min avro ödəməli olacaq.

Qeyd edək ki, ilk qarşılaşmada 1:2 hesabı ilə uduzan Moldova ikinci görüşün əsas vaxtını öz xeyirinə başa vurub - 1:0. İki oyunun nəticəsinə əsasən heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün əvvəlcə əlavə vaxt oynanılıb. Burada da tarazlıq pozulmadığı üçün penaltilər seriyasına müraciət olunub. Daha dəqiq oynayan (5:4) Qazaxıstan yığması C Liqasındakı yerini qoruyub və 3-cü qrupda Azərbaycanla millisi ilə yanaşı Slovakiya və Belarusa rəqib olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
401 444 402 389 348 365

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.