n2006

n2006 Sağlamlıq 1-04-2022, 15:30

Saat 17:00-dən sonra çay içməyin - SƏBƏB

Saat 17:00-dən sonra çay içməyin - SƏBƏB
Düzgün dəmlənmiş təbii çay susuzluğu yatırır, xolesterini aşağı salır, ürək-damar sistemini normallaşdırır, qocalmanı ləngidir və idrak qabiliyyətinə müsbət təsir göstərir.

Bununla belə, içkinin müsbət cəhətlərinin bolluğu mənfi cəhətlərin olmasını istisna etmir.

LoaDinG.Az axşam saatlarında çay içməyin zərərlərini təqdim edir.

Çox vaxt çayda nə qədər kofein olduğunu unuduruq. Axşamlar, xüsusilə 16:00-dan sonra çay içmək vərdişi yuxu ilə bağlı problemlərə səbəb ola bilər. Çay tam yuxusuzluğa səbəb olmasa belə, onun müntəzəm istifadəsi yuxunun keyfiyyətinə təsir göstərə bilər.

Bundan əlavə, çaydan imtina diş sağlamlığına, xüsusən də diş minasının vəziyyətinə faydalı təsir göstərəcək. Güclü dəmlənmiş içkinin müntəzəm istifadəsi orqanizmdə flüorun yığılması nəticəsində yaranan diş xəstəliyi olan florozun inkişafına səbəb ola bilər. Bunun qarşısını almaq üçün çayın miqdarını, həmçinin dəmləmə müddətini azaltmaq kifayətdir - 3-5 dəqiqədən çox olmamalıdır.

Dəmir çatışmazlığı anemiyasının inkişafının qarşısını almaq istəyirsinizsə, yeməkdən dərhal sonra çay içmək vərdişindən qurtulmalısınız. 2011-ci ildə Kaliforniya Universitetində aparılan tədqiqatlar sübut edib ki, çay qidadan əldə edilən dəmirin orqanizm tərəfindən mənimsənilməsini əhəmiyyətli dərəcədə pisləşdirir. Əgər müntəzəm olaraq yeməklə çay içsəniz, xoşagəlməz nəticələrlə dolu olan dəmir çatışmazlığının inkişaf riskini artırmış olacaqsınız: dərinin, saçın pisləşməsi, letargiya və zehni qabiliyyətin pozulması.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
374 342 307 373 330 365

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.