Azer2

Azer2 İdman 31-03-2022, 18:53

Ronaldinyo Messini müdafiə etdi

Ronaldinyo Messini müdafiə etdi
Braziliya millisinin və "Barselona"nın sabiq futbolçusu Ronaldinyo bir neçə gün əvvəl PSJ-nin hücumçusu Lionel Messinin azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirib.

Veteran hücumçu AS nəşrinə açıqlamasında keçmiş komanda yoldaşını müdafiə edib:

"Məncə, Messi üçün hazırda çətindir. Çünki o, həmişə eyni üslubda çıxış edən komandada uzun illər tamam başqa futbol oynayıb. Onun etməli olduğu tək şey uyğunlaşmaq idi. Messiyə daha çox vaxt lazımdır. Messiyə fit çalsanız, heç nə dəyişməyəcək. Dünyanın ən yaxşısını alqışlasanız, kimi alqışlayacaqsınız? Mən bunu başa düşmürəm".

Qeyd edək ki, Messi bu mövsüm Fransa çempionatında 18 oyuna 2 qol vurub, 10 qol ötürməsi edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
432 456 398 379 419 433

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.