aynure

aynure Sağlamlıq 3-04-2022, 22:00

Həm faydalı həm doydurucu ara qidalar

Həm faydalı həm doydurucu ara qidalar
Ofisdə uzanan işlər, insanların evə getmə saatına da təsir edərək gecikdirir. Bu da insanların yemək yemə vərdişlərinə mənfi təsir göstərir. Ac qalmamaq üçün də bir çox insan adi ara qidalardan istifadə edir. Belə yeməklərin çoxunun tərkibi karbonhidrat, şəkər və yağdan ibarətdir.

Bəs bu zaman insanlar hansı yanlışlara yol verirlər?

Qan şəkərinizin normada qalmasına mənfi təsir göstərməyəcək qidalar seçin.

Ara qidalar iştahı bir müddətlik kəsir, ancaq sonra daha çox yeməyinizə səbəb olur. Ara qidalardan istifadə edərkən qan şəkərini pozmayan, uzunmüddət toxluq verən qidalardan istifadə etməyiniz tövsiyə edilir.

Evdə olarkən ürəyiniz yemək istəməsə və ya vaxtınız olmasa istifadə edə biləcəyiniz ara qidaları təqdim edirik:

Bir stəkan kefir, yanında 10 çiy badam, fındıq və ya 2 qoz

Limon suyuna batırılmış kök və ya xiyar

2 xörək qaşığı qatıq

Bir kasa qatıq və iki xörək qaşığı yulaf

Bir dilim çörəyin yanında incə kəsilmiş pendir

Brokoli və yanında bir stəkan ayran

Bir kasa qatıq və iki xörək qaşığı yulaf əzməsi

Bəs işləyənlər və düzgün qida qəbul etməyə zamanı çatmayanlar nə yeyə bilər?

Kiçik qutu qatıq və bir orta ölçülü yaşıl alma

Bir alma və 10 çiy badam, fındıq

Südlü, şəkərsiz qəhvə ilə 4 ərik qurusu

Evdə hazırlanmış unsuz, şəkərsiz keks.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
433 376 342 390 357 393

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.