Azer2

Azer2 İdman 6-04-2022, 22:28

Maradonanın forması hərraca çıxarılır

Maradonanın forması hərraca çıxarılır
Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatının 1/4 finalında İngiltərə ilə oyunda (2:1) geyindiyi forması hərracda satılacaq.
Bu barədə CNN məlumat yayıb. Maradona həmin oyunda dubla imza atıb. O, qollardan birini əli ilə vurub. Bundan sonra oyunçu “Tanrının əli” kimi tanınıb. Son 35 ildir ki, forma İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Stiv Hodca məxsus olub. O, matçdan sonra Maradona ilə forma dəyişdirib.

Geyimin qiyməti isə 5,25 milyon dollardır. Onlayn hərraclar mayın 20-dən mayın 4-dək keçiriləcək.

Qeyd edək ki, Argentina 1986-cı ildə dünya çempionatının qalibi olub. Dieqo Maradona isə turnirin ən yaxşı oyunçusu seçilib. O, 25 noyabr 2020-ci ildə 60 yaşında ürək tutmasından vəfat edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
409 400 349 406 341 398

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.