n2006

n2006 Mətbəx 15-04-2022, 07:34

Yaz-Yay Aylarının Trend Deserti: Merenga Ruleti

Yaz-Yay Aylarının Trend Deserti: Merenga Ruleti
[centerMerenga ruleti daha zərif və eleqant bir desertdir. Sözün əsl mənasında, insanın ağzında əriyən, həm də xırtıldayan şirniyyat növüdür. LoaDinG.Az yaz-yay ayları üçün ideal desertin reseptini təqdim edir.

Tərkibi:
Merenga üçün:

6 ədəd yumurta ağı
300 qr şəkər kirşanı
2 xörək qaşığı qarğıdalı nişastası
1 çay qaşığı limon suyu
Kremi üçün:
500 ml 33%-lik qaymaq
Üzəri üçün:
badam ləpəsi
çiyələk
Hazırlanma qaydası:
Merenganı hazırlamaq üçün ilk öncə yumurtanın ağını mikserin ən zəif gücündə, daha sonra yavaş-yavaş artırıb bərkiyənə qədər yaxşıca çırpın. Üzərinə şəkər kirşanını az-az əlavə edib ehtiyyatla qarışdırın. Daha sonra nişasta və limon suyunu da əlavə edin. Hazırladığınız kütləni yağlı kağız sərilmiş soba sinisinə yayın. Əvvəlcədən 160 dərəcədə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Bişən ruleti sobadan çıxarıb soyudun.

Kremi hazırlamaq üçün bir qabda soyuq qaymağı 7-10 dəqiqə mikserlə çırpın. Soyuyan korjun üzərinə kremi yayıb,doğranmış çiyələk düzüb rulet kimi bükün. Rulet büküldükdə çatlayacaq, narahat olmayın! Qalan qaymaqla ruletin üzərini bəzəyə bilərsiniz. Zövqə görə üzərinə giləmeyvə və badam ləpəsi düzün. Hazırladığınız ruleti 1-2 saatlıq soyuducuya yerləşdirin.

]

Nuş Olsun!

[/center]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
539 543 519 528 461 528

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.