n2006

n2006 Mətbəx 17-04-2022, 18:00

Kəsmik və Toyuq ilə Kənd Pizzası

Kəsmik və Toyuq ilə Kənd Pizzası
Uşaqlar kəsmik yemirlər? Gəlin, onu uşaqların ən çox sevdiyi yeməyin – pizzanın doldurulmasında istifadə edək. LoaDinG.Az kəsmik və toyuq ilə hazırlanan kənd pizzasının reseptini təqdim edir.

Kəsmik və Toyuq ilə Kənd Pizzasının tərkibi:
Xəmiri üçün:

375 ml süd
2 xörək qaşığı şəkər tozu
11 qr (1 paket) quru maya
125 qr kərə yağı
500-600 qr un
yarım çay qaşığı duz
Üzəri üçün:
300 qr kəsmik
1 dəstə yaşıl soğan
1 dəstə cəfəri
350 qr toyuq filesi
100 qr bərk pendir
duz,istiot zövqə görə
1 xörək qaşığı manna yarması
Kəsmik və Toyuq ilə Kənd Pizzasının hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün dərin bir qabda bir xörək qaşığı un, şəkər tozu və mayanı qarışdırın. Südü isidib 125 ml quru qarışığa əlavə edib qarışdırın. Üzərini örtüb 10 dəqiqə mayanın aktivləşməsi üçün gözlədin. Kərə yağı əridin, bir az otaq temperaturuna qədər soyudun. Xəmiri yoğuracağınız qaba qalan südü və kərə yağını tökün. Qalan şəkər tozu və aktivləşən mayanı da əlavə edib qarışdırın. Duz və qalan unu da hissə-hissə töküb ələ yapışmayan xəmir yoğurun. Xəmirin üzərini örtüb 1-1,5 saat isti yerdə saxlayın. Xəmir hazır olduqdan sonra onu yenidən yoğurun və daha 40 dəqiqə dincəldin.

Üzəri üçün ilk öncə toyuq filesini bütöv halda duzlu suda bişirin. Bişən fileni sudan çıxarıb hissələrə bölün. Kəsmiyi xırda doğranmış yaşıl soğan və cəfəri ilə qarışdırın. Kəsmiyə bir az duz və istiot əlavə edib qarışdırın. Bərk pendiri sürtgəcdən keçirin. Pizzaya forma vermək üçün xəmiri iki bərabər hissəyə bölün. Yarısını 1 sm qalınlığında dairəvi yayın. İlk öncə xəmirin üzərinə bir az manna yarması səpin ki, xəmirin üzərinə düzdüklərinizə görə islanmasın. Kəsmikli qarışığın yarısını pizzanın bazasına yayın. Üstünə qaynadılmış toyuq filesi dilimlərini düzün. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin. Pizzanı əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. İkinci xəmiri də eyni qaydayla hazırlayıb bişirin.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
642 665 603 546 537 637

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.