Abbas Məmmədov

Abbas Məmmədov özünü ☺️ nostaljik hiss edir. Maraqlı Statuslar 20-04-2022, 07:00

Məni, xoşdur baxışından asıb edam edəsən !
Sonra hər gün baxıb əhvalıma, bayram edəsən!

Ye səhərlər gözümün qarasını,nuşi-canın
Verərəm axşam özüm ağlarını, şam edəsən!

Tellərindən asılıb qalmağım əyləncə deyil Çəkdikcə  dara məni gündüzü axşam edəsən .

  İstəyim, Tanrı ,budur səndən o cəllad mələyi
Əbədi  tək  məni edam üçün  ezam edəsən .

Kirpiyindən əgər illərlə asılsam   qalsam
Ölərəm,  istəmərəm halıma əncam edəsən.

Bezmərəm, ac-yalavac hey dolaşam çöhrəndə
Bəs edər  bircə təbəssüm mənə ənam edəsən.

Xoşdursa ,Qəhrəman, ölmək o baxışlarda sənə
Gərək öz  qatilinə hər gün ehtiram edəsən!

Qəhrəman Kamiloğlu.
27.08.2020.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
571 624 588 606 565 631

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.