Azer2

Azer2 İdman 22-04-2022, 15:00

Boksçumuz Avropa çempionu oldu

Boksçumuz Avropa çempionu oldu
Azərbaycan boks yığması Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclərin Avropa birinciliyində çıxışını yekunlaşdırıb.

Təmsilçimiz Kənan Babayev bu gün çempion olub. 48 çəki dərəcəsində çıxış edən 16 yaşlı idmançımız finalda polşalı Nikolas Marsel Pavliki 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edərək Avropa çempionu tituluna yiyələnib. Boksçu əvvəlki raundlarda türkiyəli Telet Yağlı, gürcüstanlı Oruc Əhmədov və irlandiyalı Tedi Coysu məğlub edib.

Beləliklə, Azərbaycan yığması 40 ölkədən 400-dən çox boksçunun qatıldığı Avropa birinciliyində çıxışını 1 qızıl və 1 bürünc medalla başa vurub. Babayevdən əvvəl 51 kq-dakı Amin Məmmədzadə 3-cü yeri tutub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
368 418 321 321 389 334

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.