aynure

aynure Sağlamlıq 25-04-2022, 14:30

5 saatdan çox ac qalmaq olmaz - Həkimlər

5 saatdan çox ac qalmaq olmaz - Həkimlər
Rusiyalı endokrinoloq, tibb elmləri namizədi Zöhrə Pavlova hansı qidaların mədəaltı vəzi hüceyrələrinin ölümünə səbəb olduğunu izah edib.

Həkim şirin və ya yüksək kalorili yeməklərin yağ toxumasını meydana gətirdiyini bildirib:"Yağ toxumasında oksidləşdirici iltihab meydana gəlir, bunun fonunda insulin müqaviməti inkişaf edir və insulin ifraz edən mədəaltı vəzin hüceyrələri ölür".

Bundan əlavə, yeməklər arasındakı fasilələr 3-5 saat arasında olmalıdır.

Endokrinoloqun fikrincə, bu, mədədə olan qidaların həzmi üçün təxmini vaxtdır. Bu vəziyyətdə şam yeməyi və səhər yeməyi arasındakı vaxt intervalı təxminən 10-12 saat olmalıdır. Pavlova onu da əlavə edib ki, yalnız mədə boş olduqda yemək lazımdır. Eyni zamanda, beş saatdan çox ac qalmamalısınız, çünki ac qaldıqda qida maddələrinin səviyyəsini izləyən lipoprotein lipaz (LPL) kimi vacib bir biokimyəvi aktiv maddə aktivləşməyə başlayır".

"Əgər onlar müntəzəm və uzun müddət daxil olmurlarsa, LPL yağ toxumasında aktivliyini artırır və yağ ehtiyatlarının əmələ gəlməsi başlayır. Əgər qida eyni vaxtda və müəyyən müddətlərdə qəbul olunursa, bədən ideal saat mexanizmi kimi işləyir və sahibini vacib məsələlərdən yayındırmır", - tibb elmləri namizədi izah edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
369 394 401 357 334 362

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.