Fresco

Fresco özünü 🤗 möhtəşəm hiss edir. İdman 29-04-2022, 06:30

Hakimləri təhqir edən Mingəçevir komandasının prezidenti və futbolçuları uzun müddətlik cəzalandırıldı

Hakimləri təhqir edən Mingəçevir komandasının prezidenti və futbolçuları uzun müddətlik cəzalandırıldı
AFFA İntizam Komitəsi Region Liqasının Sumqayıtda keçirilən 1/4 final mərhələsinin “Cəbrayıl” – “Energetik” (Mingəçevir) oyununda baş verən insident barədə qərar çıxarıb.

Xəbər verilir ki, “Energetik”in prezidenti Ruslan Həmidov hakimlər briqadasını təhqir etdiyi üçün beş oyunluq cəzalandırılıb.

Matçın 90+3-cü dəqiqəsində hakimlər briqadasını təhqir edən və referiyə fiziki təsir göstərən Mingəçevir klubunun 3 oyunçusu – Elvin Əlizadə, Allahverdi Allahverdiyev və Tural Məmmədzadə 14 oyunluq diskvalifikasiyaya məruz qalıblar.

Eyni zamanda cəzası davam edən digər futbolçu Orxan Əlibabayev həmin dəqiqədə hakimlərə fiziki təsir göstərdiyi üçün 10 matçlıq cəza alıb.

Qarşılaşma 90+3-cü dəqiqədə yarımçıq dayandırıldığından, “Energetik”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA-nın keçirdiyi Həvəskar Liqasının “Bayil Rovers” – “Çinar” (Zəngilan) oyununda da kütləvi dava baş verib. Matçın 76-cı dəqiqəsində yaşananlara görə İntizam Komitəsi “Bayil Rovers”dən Qismət Əhmədovu, “Çinar”dan isə Rəhman Veysəlov və Bilal Rəhimovu altı oyunluq cəzalandırıb.

Qeyd edək ki, hər üç oyunçu insident zamanı qırmızı vərəqə ilə meydandan qovulub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
474 519 367 457 467 521

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.